Qonaq Otaqları

Weymo klassik stildə müxtəlif qonaq otağları, televizor üçün stend və altlıqlar, divan, kreslo və divan-öne stullar təklif edir. Qonaq otağı Sizin evinizin çox önəmli bir hissəsidir. İnsanlar qonaq otağında həm dincəlməyi həm də istirahət etməyi sevir. Sözün əsl mənasında, Sizin evinizdə qonaq otağının özünəməxsus yeri və rolu vardır. Qonaq otağı – Sizin dəvət olunmuş dəyərli qonaqlarınızla ünsiyyət quracağınız bir məkandır. Ona görə də, bu otaqlar üçün seçilmiş mebel həm rahat, funksional, sizin xarakterinizə uyğun olaraq ideal dizaynda olmalıdır. Xüsusilə də klassik mebel – əla seçimdir!

Yemək Otaqları

Weymo daxili türk fabrikindən çıxma klassik yemək otaqları təklif edir. Weymo salonunda Siz yemək stolları, stul, bufet və yemək otağı üçün hazır mebel dəstləri tapa bilərsiniz. Klassik yemək otağları xüsusilə də möhkəmliyi və qonaqpərvərliyinə görə, olduğu məkana xüsusi şarm əlavə etdiyinə görə sevilir. Yemək otaqları üçün klassik mebel sizi nahar və şam yeməklərində zövq almanız üçün xüsusi atmosfer yaradır.

Yataq Otaqları

Weymo klassik yataq otaqları komfort və dizaynın ahənginə gözəl uyğunlaşır. Yataq otağı üçün mebel həm rahat, funksional və insanı sakitləşdirəcək formada olmalıdır. Yataq otağı pozitiv enerji ilə dolmalı, rəngləri gözoxşayan olmalı və təmiz abu-havada olmalıdır. Klassik stildə yataq otağı – bu, düzgün seçilmiş çarpayı, şkaf, stul, çarpayı-önü tumabalar və dresuardır. Düzgün seçilmiş mebel yataq otağına xoş bir atmosfer gətirir. Bir çox insan yataq otağı üçün klassik mebel seçir, çünki bu məkan sizin dincələcəyiniz bir məkandır. Klassik mebel sanki öz özünə danışır.